19 
Apr
2021
16:18
96
27
3285
Virtual karabakh

SOCAR-dan “Ümid” yatağı ilə bağlı AÇIQLAMA

19 Apr, 2021
16:18
3285

SOCAR-dan “Ümid” yatağı ilə bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR bir neçə ildən sonra Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” yatağında ikinci hasilat platformasını tikib istismara verməyi planlaşdırır.

Bu barədə Oxu.Az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Onun sözlərinə görə, “Ümid-2” saylı platformanın layihələndirmə işləri hazırda davam edir:

“Yatağın şimal qanadının tam miqyaslı işlənməyə cəlb edilməsi üçün “Ümid-2” saylı platformanın layihələndirmə işləri hazırda davam edir. Platformanın bir neçə il sonra tikilib istismara verilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, 2009-cu ildə SOCAR Xəzərin Azərbaycan sektorunda, “Ümid” strukturunda dərin axtarış-kəşfiyyat qazmasına başlayıb və 2010-cu ilin noyabrında “Ümid” nəhəng qaz-kondensat yatağı kəşf edilib.

“Ümid” strukturunun karbohidrogen ehtiyatları 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri