14 
May
2021
12:01
189
20
3691
Virtual karabakh

Ölkədə iki rayonda qaz xətləri yenilənir - FOTO

14 May, 2021
12:01
3691

Ölkədə iki rayonda qaz xətləri yenilənir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazax və Şəmkir rayonlarında qaz xətləri yenilənir. 

“Azəriqaz” İstehsalat Birliyindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, abonentlərin mavi yanacaqdan rahat, daha əlçatan şəkildə istifadə edə bilmələri üçün Şəmkir rayonunda da təmir işləri həyata keçirilir.

Rayonun Yuxarı və Aşağı Seyfəli kəndlərində istismar müddəti başa çatmış qaz xətləri yenilənir. 2800 metr uzunluğunda çəkilən yeni qaz xətti abonentlərin payız-qış mövsümündə qaz təchizatında yarana biləcək problemləri minimuma endirəcək.

Qazax şəhərində Nərimanov küçəsində istismar müddəti başa çatmış yeraltı qaz xətlərinin yenilənməsi işləri aparılır. Yeni xətt hazır olduqdan sonra abonentlər daha rahat şəkildə mavi yanacaqdan istifadə edə biləcəklər.

Bu günə qədər Qazax şəhərinin M.Rəsulzadə, Bakı, Seyidov küçələrində 76, 89, 108, 159 millimetr diametrində olan qaz xətləri də yenilənib. Görülən işlər “Azəriqaz”ın Təmir-Tikinti idarəsi tərəfindən həyata keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri