17 
May
2021
23:40
281
66
2187
Virtual karabakh

Azərbaycan qaz satışından 300 milyon dollar daha çox gəlir əldə edib - FOTO

Azərbaycan yanvar-aprel ayları ərzində 7 milyard 837 milyon 538,3 min kubmetr həcmində 1 milyard 131 milyon 480,3 min dollar dəyərində təbii qaz ixracı həyata keçirib.

Oxu.Az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, ötən illə müqayisədə ixrac həcmi 79,5 faiz, ixracdan əldə edilən gəlir isə 37,7 faiz artıb.

İlin dörd ayı ərzində Türkiyəyə 5 milyard 145,9 milyon kubmetr həcmində (708,3 milyon dollar dəyərində), Gürcüstana 1 milyard 738 milyon kubmetr həcmində (227,4 milyon dollar dəyərində) təbii qaz ixrac edilib.

Eləcə də, İtaliyaya - 733,9 milyon kubmetr (150,8 milyon dollar dəyərində), Yunanıstana - 127,8 milyon kubmetr (32,8 milyon dollar dəyərində), Bolqarıstana - 92 milyon kubmetr (12,2 milyon dollar) ixrac baş tutub.

Təkcə aprel ayında isə Türkiyəyə 1 milyard 27,3 milyon kubmetr, İtaliyaya 298,8 milyon kubmetr, Gürcüstana 243,7 milyon kubmetr, Yunanıstana 70 milyon kubmetr, Bolqarıstana 32,3 milyon kubmetr həcmində təbii qaz nəql edilib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri