İyn
2021
17:57
66
20
1468
Virtual karabakh

Mikro və kiçik sahibkarlar ixtisaslaşmış sərgilərdə iştirak edəcəklər

8 İyn, 2021
17:57
1468

Mikro və kiçik sahibkarlar ixtisaslaşmış sərgilərdə iştirak edəcəklər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sahibkarlar koronovirus pandemiyası ilə əlaqədar yaranmış uzunmüddətli fasilədən sonra ənənəvi formatda keçirilən ixtisaslaşmış sərgilərə qatılacaq.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Oxu.Az-a verilən məlumata əsasən, 10-12 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro 2021” və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan 2021” sərgilərində mikro və kiçik sahibkarlar da öz məhsul və xidmətlərini təqdim edəcəklər.

KOBİA-nın dəstəyi ilə KOB-lar üçün ayrılmış xüsusi stenddə Bakı və Gəncə şəhərlərindən, Abşeron, Qəbələ və Zaqatala rayonlarından olan mikro və kiçik sahibkarlar tərəfindən müxtəlif bitki çayları, ədviyyat, yağlar, meyvə quruları, çərəzlər, qablaşdırma məhsulları və s. nümayiş olunacaq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri