İyn
2021
11:48
170
22
2702
Virtual karabakh

Azərbaycanda şirkətlərin böyük qismi işçi sayını artırmağı düşünür - FOTO

9 İyn, 2021
11:48
2702

Azərbaycanda şirkətlərin böyük qismi işçi sayını artırmağı düşünür - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycandakı şirkətlərin 19 faizi son 12 ayda işçilərin sayını 3-8 faiz arasında azaltdıqlarını bildiriblər, bu da qlobal səviyyədə, həmçinin Mərkəzi və Şərqi Avropa (MŞA) bölgəsindən fərqli olaraq daha yaxşı göstəricidir.

Oxu.Az-ın məlumatına görə, bu “PwC Azərbaycan” şirkətinin illik “CEO sorğusu”nda öz əksini tapıb.

Bildirilir ki, Azərbaycandakı şirkət rəhbərləri tərəfindən işçi sayının nisbətən daha azsaylı ixtisarı qismən hökumətin COVID-19 səbəbiylə ixtisara getməmək barədə təlimatından irəli gələ bilər. 

2021-ci ilin əvvəlinə kimi bəzi şirkət rəhbərləri böhranın ilk dalğasında əmək haqlarını qismən azaltdıqlarını düşünür, lakin işgüzar əminlik canlandığı üçün işçilərin yenidən qəbulunun başlandığı müşahidə olunub.

Ölkəmizdə şirkət rəhbərlərinin 39 faizi (qlobal və MŞA-dan çox) işçi sayını tədricən artırmağı planlaşdırırlar. 

Son 12 ayda Azərbaycanda rəhbərlərin yalnız kiçik bir hissəsi işçilərinin sayını azaldıb.

Son 12 ayda müəssisənizin işçi sayı necə dəyişib?

Yaxın 12 ayda bunun necə dəyişəcəyini gözləyirsiniz?

Cavablar:

Sorğunun nəticəsinə əsasən, Azərbaycandakı şirkət rəhbərlərinin məhsuldarlığı artırmaq üçün texnologiyaya diqqətinin artırması müqabilində mütləq şəkildə daha az sayda işçi qüvvəsi nəzərdə tutması anlamına gəlmir. Sadəcə, qısa müddətdə Azərbaycandakı bir neçə şirkət COVID-19 böhranına cavab tədbirləri çərçivəsində əmək haqqını azaltmaq qərarı veriblər.

Qeyd edək ki, cavabları hesabat üçün istifadə olunan 120 nəfər azərbaycanlı rəhbər arasında 53 faizinin təşkilatlarının gəliri 100 milyon ABŞ dollarından aşağıdır. Onların 80 faizinin təşkilatları xüsusi mülkiyyətdədir. 72 faiz təşkilatların işçi sayı isə 500-dən azdır. 

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri