10 
İyn
2021
17:24
77
39
1570
Virtual karabakh

Azərbaycanda əhali İKT-yə xərclədiyi pulun həcmini artırıb - FOTO

2021-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15 milyard 240,6 milyon manatlıq məhsul satılıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, istehlakçılara 8 milyard 381,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6 milyard 859,4 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

2020-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz artıb, qeyri-ərzaq malları üzrə isə 1,9 faiz azalıb.

Hesabat dövründə əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

2021-ci ilin yanvar-may aylarında istehlak mallarının dəyər ifadəsində 27,7 faizi ticarət müəssisələri, 48,9 faizi fərdi sahibkarlar tərəfindən, 23,4 faizi isə bazar və yarmarkalarda satılıb.

Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 304,6 manatlıq, o cümlədən 167,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 137,1 manatlıq qeyri-ərzaq malları alıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri