11 
İyn
2021
15:42
52
88
1749
Virtual karabakh

“TuranBank” 29 yaşını qeyd edir

11 İyn, 2021
15:42
1749

“TuranBank” 29 yaşını qeyd edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sizin inam və etibarınızla hər il daha da böyüyürük

Azərbaycan bank sektorunda dayanıqlılığı ilə seçilən, müştərilərin sevgisini, etibarını və rəğbətini qazanan, biznesdə etibarlı tərəfdaş imicini qoruyub saxlayan “TuranBank” fəaliyyətinin 29-cu ilini qeyd edir.

Bank 29 illik fəaliyyəti ərzində bir çox yeniliklərə, uğurlara imza atıb, kiçik və orta sahibkarlara dəstək olmaqla ölkədə özəl sektorun inkişafına öz töhfəsini verib, rəqəmsal bankçılığın yaratdığı imkanlardan maksimum faydalanmaqla müştərilərin bank xidmətlərindən daha rahat, operativ və təhlükəsiz istifadəsini təmin edib. Fəaliyyətində peşəkarlıq, etibarlılıq, məsuliyyət, keyfiyyət və yüksək korporativ mədəniyyət meyarlarını rəhbər tutan “TuranBank” geridə qoyduğumuz illər ərzində öz sabitliyini qoruyub saxlayıb, biznes subyektlərinin maliyyələşməsi sahəsində öz mövqeyini daha da gücləndirib, istər fərdi, istərsə də korporativ müştəri bazasını genişləndirməyə müvəffəq olub.

Pandemiyanın təsiri ilə baş vermiş müxtəlif çətinliklərə baxmayaraq “TuranBank” uğurlu fəaliyyətini davam etdirərək Azərbaycan bank sektorunda özünəməxsus yerini, etibarlı maliyyə qurumu imicini qoruyub saxlayıb. Son illər ərzində maliyyə bazarının aktiv bir iştirakçısı kimi müvəffəqiyyətlər əldə edən Bankımızın hal-hazırda cəmi aktivləri 623,7 milyon manat, kredit portfeli 366,1 milyon manat, depozit portfeli 316,1 milyon manat, nizamnamə kapitalı 80 milyon manat, məcmu kapitalı isə 87,5 milyon manat təşkil edir. Bu gün 17 satış nöqtəsində 110 mindən çox fiziki və hüquqi şəxsə xidmət edən “TuranBank” ayrı-ayrılıqda hər bir müştərinin tələbatını tam ödəməklə onlara rahat və keyfiyyətli xidmət, çevik və rəqabətqabiliyyətli şərtlərə malik məhsul təklif edən, cəmiyyətin sosial həyatında aktiv iştirak edən maliyyə qurumu kimi tanınmaqdadır. 

“TuranBank” son dövrlərin əsas çağırışlarından biri olan real sektorun dəstəklənməsi istiqamətində də aktiv fəaliyyətini davam etdirir. 29 illik fəaliyyəti ərzində Bankımız həm öz vəsaitləri, həm də xaricdən cəlb edilən vəsaitlər hesabına daim real sektora dəstək olub, sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını genişləndirib və nəticədə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verib. Ötən illər ərzində “TuranBank” yerli qurumlardan Sahibkarlığın İnkişafı Fondu (SİF), Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA), həmçinin nüfuzlu beynəlxalq maliyyə təşkilatları olan Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), EMF Mikromaliyyə Fondu, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və s. ilə kiçik və orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq çərçivəsində qeyri-neft sektorunun inkişafına ciddi dəstək olub.

Fəxr hissi ilə qeyd etmək istərdik ki, xaricdən cəlb edilən vəsaitlər beynəlxalq tərəfdaşlarımızın bizə olan etibarının bir sübutudur.

Fəaliyyət göstərdiyi müddətdə “TuranBank” hər dövrün tələbinə uyğun rəqəmsal məhsullar təklif edən yenilikçi bank kimi müştərilərin rəğbətini qazanıb. Rəqəmsallaşmanın imkanlarından daha çox yararlanmağa çalışan “TuranBank” xidmət səviyyəsini və keyfiyyətini yüksəltmək, fəaliyyətinin effektivliyini artırmaq məqsədilə rəqəmsallaşmaya sürətli keçid etmiş, rəqəmsal bank məhsullarını daim yeniləyərək daha da təkmilləşdirib. Ötən il ərzində Bank özünün yeni rəqəmsal xidməti olan mobil tətbiqini, tamamilə yenilənmiş internet bankçılıq sistemini müştərilərin istifadəsinə verib.

Bank bütün fəaliyyəti ərzində cəmiyyət qarşısında sosial məsuliyyət prinsipinə sadiq qalıb.

Bankın imza atdığı sosial layihələr də bunun sübutudur. 29 illik fəaliyyəti ərzində “TuranBank” sosial müdafiəyə xüsusi ehtiyacı olan aztəminatlı ailələrə, işsizlərə, ölkəmizin ərazi bütövlüyünün qorunması və torpaqlarımızın düşmən işğalından azad edilməsində əsl qəhrəmanlıq dastanı yazmış qazi və şəhidlərimizin ailələrinə dəstək olub, bununla əlaqədar müvafiq maliyyə və insan resurslarını səfərbər edib. Vətənpərvərlik və sosial məsuliyyətlilik dəyərlərinə sadiq qalan “TuranBank” bundan sonra da ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin sosial təminatına dəstəyini davam etdirəcəkdir.

Əsas hədəfimiz qarşıdan gələn illərdə daha yüksək nailiyyətlərə imza ataraq keyfiyyətli xidmətlər təklif etməklə etibarlı bank fəaliyyətini davam etdirmək, müştərilərin etibarlı tərəfdaşı imicini qoruyub saxlamaqdır.

Sonda “TuranBank” adından 29 il ərzində qazanılmış uğurlarda payı olan hər kəsə dərindən təşəkkür edir və ötən illərdə əldə etdiyimiz nailiyyətlərdən ilhamlanaraq qarşıdan gələn dövrdə də uğurlarımızı davam etdirəcəyimizə və həyata keçirdiyimiz hər bir layihədə müştəri və tərəfdaşlarımızın keyfiyyət gözləntilərini aşacağımıza əminliyimizi bildiririk.

“TuranBank”

Bizimlə etibarlıdır.....

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri