17 
İyn
2021
12:16
80
67
1416
Virtual karabakh

Azərbaycan 200 milyon dollarlıq əczaçılıq məhsulu alıb

Azərbaycanda əczaçılıq məhsullarına tələb artıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, bu məhsulların idxalına xərclənən vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 48 238 800 dollar və ya 31,8 faiz çox olub.

2021-ci ilin yanvar-may ayları ərzində əczaçılıq məhsullarının idxalına 199 740 200 dollar vəsait xərclənib. Ölkəmizdən ixrac edilən müvafiq məhsulların ümumi dəyəri isə 523 400 dollar olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 148 500 dollar və ya 39,6 faiz çoxdur.

Qeyd edək ki, əczaçılıq məhsullarının ixrac dəyəri 2021-ci ilin yanvar-may aylarının ümumi ixracının 4,8 faizini təşkil edib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri