18 
İyn
2021
11:00
75
10
1922
Virtual karabakh

Nazirlikdən əkin sahələrindəki yanğınlarla bağlı əhaliyə MÜRACİƏT

Son günlər ölkənin müxtəlif bölgələrində açıq sahələrdə yanğınlar baş verir.

Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, belə yanğınlar respublikanın Xaçmaz, Siyəzən, Quba, Qusar, Şabran, Lənkəran,  İmişli, Sabirabad, Bərdə, Tovuz, Neftçala rayonlarında qeydə alınıb.

Yanğınlar Siyəzən rayonunun rayonun Sədan, Məşrif, Balaca Həmyə və Qalaaltı kəndlərinin yaxınlığında, Xaçmaz rayonunun Nabran qəsəbəsi, Quba rayonunun Sofikənd kəndində və digər ərazilərdə baş verib. Yanğınlar müxtəlif ərazilərlə yanaşı, açıq sahələrinə, o cümlədən əkin sahələrinə yayılıb. Nəticədə biçilmiş və biçilməmiş əkin sahələri yanıb, əkinçiliklə məşğul olan fermerlərə ziyan dəyib.

Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sığorta Fondu ölkə fermerlərinə və əkinçiliklə məşğul olan sahibkarlara müraciət edərək əkin sahələrini sığortalamağa çağırıb. Fondda bildirib ki, ölkəmizdə bir neçə ay əvvəldən tətbiq edilən aqrar sığorta istənilən səbəbdən baş verən yanğın nəticəsində əkin sahələrinə dəyən zərəri qarşılayır.

Belə ki, hazırda yanğınların tez-tez baş verdiyi Şimal bölgəsində taxıl sahələrinin hər hektarını orta hesabla 7 manata sığortalamaq olar. Ölkənin digər ərazilərində də əkin sahələrini sərfəli şərtlərlə sığortalamaq mümkündür. Hadisə baş verdikdə sığorta ödənişi isə lazımi sənədlər təqdim edildikdən sonra cəmi 7 gün ərzində həyata keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri