21 
İyn
2021
17:38
26
128
1925
Virtual karabakh

Fermerlərə ayrılan kredit həcmi barədə məlumat verildi

İlin əvvəlindən bugünədək fermerlərə 30 milyon manatdan artıq kredit verilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) Oxu.Az-a verilən məlumatda bildirilir ki, ayrılan kreditin 17 milyon manatdan çoxu güzəştli texnika krediti, 11 milyon manatı mikrokredit, 2 milyon manatı isə digər aşağı faizli kənd təsərrüfatı təyinatlı kreditlərdir.

Bunlar arasında məbləğ baxımından texnika kreditləri üstünlük təşkil edib. Hesabat dövründə fermerlərə 1195 mikrokredit, 685 güzəştli texnika krediti və 68 digər təyinatlı aşağı faizli kreditlər ödənilib. Ayrılan kreditlərdən 1948 fermer yararlanıb. 

Qeyd edilib ki, heyvandarlığa da dövlət dəstəyi göstərilir. Belə ki, damazlıq heyvanın satış dəyərinin 60 faizi dövlət hesabına ödənilir. Sahibkar ilkin ödəniş kimi 25 faizi ödəməlidir. Damazlıq heyvanın dəyərinin qalan hissəsi isə kredit kimi rəsmiləşdirilir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri