28 
İyn
2021
16:09
251
21
2543
Virtual karabakh

Türkiyə naziri Naxçıvana qaz çəkilişindən danışdı: “SOCAR məlumatları təsdiq etsə işlərə başlayacağıq”

28 İyn, 2021
16:09
2543

Türkiyə naziri Naxçıvana qaz çəkilişindən danışdı: “SOCAR məlumatları təsdiq etsə işlərə başlayacağıq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naxçıvan Muxtar Respublikasına təbii qaz xəttinin çəkilməsilə əlaqədar layihə ilə bağlı bəzi texniki məlumatlar təsdiqlənməlidir. 

Oxu.Az-ın “Anadolu” agentliyindən əldə etdiyi məlumata əsasən, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönmez danışıb.

Naxçıvana qaz kəmərinin çəkilişi ilə bağlı sualları cavablandıran nazir bildirib ki, hazırda müvafiq texniki məlumatların təsdiqlənməsi gözlənilir:

“Bu təsdiqlər əldə edilən kimi xəttin tikintisinə başlayacağıq. Bizim hazırlıqlarımız yekunlaşıb. Birgə layihə davam edir. Anlaşma memorandumundan fərqli olaraq bəzi texniki məlumatlar bizimlə paylaşılmalıdır. Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) bu məlumatları bizə təqdim etdiyi təqdirdə işlərə start verəcəyik”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri