İyl
2021
14:04
111
16
2703
Virtual karabakh

İngiltərənin karyera kitabları dilimizə tərcümə olunub: Pulsuz oxumaq mümkün olacaq - FOTO

2 İyl, 2021
14:04
2703

İngiltərənin karyera kitabları dilimizə tərcümə olunub: Pulsuz oxumaq mümkün olacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

SOCAR Türkiyə İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO ilə əməkdaşlıq edərək İngiltərənin populyar karyera kitablarını “Pocketbook” layihəsi ilə Azərbaycan dilinə tərcümə etməyə başlayıb.

Bu barədə Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniyada oxucuların böyük maraqla qarşıladığı “İdarəetmə kitabları” (Management Pocketbooks) seriyasına daxil olan 103 kitab ana dilimizə tərcümə ediləcək.

Bu sahədə bilik və bacarığını inkişaf etdirmək istəyən hər kəs rəqəmsal formatda pulsuz olaraq http://pocketbook.az saytında təqdim olunan kitabları oxuya biləcək. “Strategiya”, “Marketinq” və “Vaxtın idarə edilməsi” kitabları artıq sayta yüklənib.

Qeyd edilib ki, yaxın günlərdə “Büdcələrin idarə edilməsi” və “Müştəri xidməti” kitabları hazır olacaq. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri