İyl
2021
14:04
18
261
10375
Virtual karabakh

“Banklar dollar satışına məhdudiyyət qoya bilər” - İqtisadçı şərtləri AÇIQLADI

9 İyl, 2021
14:04
10375

“Banklar dollar satışına məhdudiyyət qoya bilər” - İqtisadçı şərtləri AÇIQLADI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dollar alışı ilə bağlı müəyyən limitin tətbiq edilməsi banklar üçün sırf çevrilən pula nəzarət etmək baxımından ümumi tövsiyə xarakteri daşıyır”.

Bunu Oxu.Az-a İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisadçı Ruslan Atakişiyev banklar tərəfindən dollar alışına müəyyən limitin tətbiq edilməsi məsələsinə aydınlıq gətirərkən deyib.

Onun sözlərinə görə, əgər kütləvi dollar alışı etmək istəyən şəxs pulun mənbəyini göstərə bilirsə, bu zaman hər hansı məhdudiyyət tətbiq edilmir:

“Bu tövsiyələr banklara nəzarəti gücləndirməyə hesablanıb. Bəzi ticarətlə məşğul olan sahibkarlar birdən-birə 100 min manatı dollara çevirmək istəyirlər. Bu, anlaşılandır. Əsas olan pulun mənbəyinin qeyd olunmasıdır. Bu pulun haradan, hansı yolla qazanıldığı və ya rəsmi şəkildə hesaba köçürüldüyü və s. kimi məsələlər əsaslandırılmalıdır. Ola bilər ki, böyük həcmdə pul korrupsiya yolu ilə əldə olunsun. Bu kimi məsələləri ortaya çıxarmaq üçün bəzi məhdudiyyətlər tətbiq olunur. Banklar müvafiq məhdudiyyətləri tətbiq etməklə müxtəlif yollarla pulun mənbəyini müəyyənləşdirirlər”.

İqtisadçı limitin manatın dollar qarşısında ucuzlaşa biləcəyi ehtimalı ilə əlaqəsinə də münasibət bildirib və qeyd edib ki, hazırda devalvasiya məsələsi gündəmdə deyil:

“Ölkədə devalvasiyaya səbəb olacaq kritik vəziyyət yoxdur. Yəni, devalvasiya gündəmdə deyil. Bu qərar tamamilə tövsiyə xarakterlidir və mənbəyi bəlli olmayan manatların kütləvi şəkildə dollara çevrilməsinə nəzarət mahiyyəti daşıyır”.

O vurğulayıb ki, əgər şəxs pulun mənbəyini göstərə bilərsə, bankdan 100 min dollar da alıb apara bilər. 

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri