Avq
2021
16:28
24
201
4485
Virtual karabakh

Nazirlikdən toylarda vaksinləşmə göstəricisi ilə bağlı AÇIQLAMA

Şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə gündəlik monitorinqlər davam etdirilir. Belə tədbirlərin başlanmasına icazə verildiyi tarixdən bu günədək Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri tərəfindən 1300-dən çox obyektdə monitorinq aparılıb.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə əksər şadlıq evlərində karantin qayda və tələblərinə əməl olunması, xidmət personalı və qonaqlar arasında peyvənd və ya immunitet barədə müvafiq sənədlərə malik olanların sayının əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artması müsbət hal kimi qiymətləndirilə bilər.

Maarifləndirmə tədbirlərinə başlandığı vaxtdan ötən dövr ərzində xidmət persolanının vaksinləşmə göstəricisi iki dəfəyədək yüksəlib.

Bununla belə, monitorinqlər zamanı şənlik mərasimlərinin təşkil olunduğu bəzi obyektlərdə qayda pozuntusu hallarına da rast gəlinir. Bunlar, əsasən, məkan sahiblərinin şənlik mərasimlərini icaze.e-gov.az portalında qeydə alınmadan təşkil etməsi, zalların ölçüsü imkan vermədəyi halda, daha çox qonaq üçün sifariş qəbul edilməsi, toylarda qonaqların say və stollar arasında məsafə məhdudiyyətinin pozulmasıdır.

İndiyədək monitorinq aparılan tədbirlərdə iştirak edən 217 minə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, 22,3 minə yaxın şəxsin sənədlərində nöqsanlar aşkar edilib.

Novbəti monitorinqlər zamanı məkan və toy sahibləri ilə izahat işləri aparıldıqdan sonra həll edilə bilən pozuntu halları aradan qaldırılıb, tədbirlərin qaydalara uyğun həyata keçirilməsi təmin olunub. Nümunəvi toy mərasimlərinin təşkil olunduğu məkanlarda yeni evlənənlərə hədiyyələr təqdim edilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri