25 
Avq
2021
15:32
19
223
8244
Virtual karabakh

Valideynlərin nəzərinə: Məktəb ləvazimatlarına nə qədər pul xərclənəcək? - QİYMƏTLƏR + FOTO

25 Avq, 2021
15:32
8244

Valideynlərin nəzərinə: Məktəb ləvazimatlarına nə qədər pul xərclənəcək? - QİYMƏTLƏR + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 15-dən etibarən 2021-2022-ci tədris ilinə start verilir. Yeni dərs ilinə hazırlıq çərçivəsində valideynlər artıq bu dövrdən etibarən məktəbli forması və ləvazimatların alış-verişinə başlayır. 

Bu il məktəbli formasının qiymətində dəyişiklik edilmədiyi bildirilib. Yeni formalar təsdiq olunmadığından ötən il istifadə olunan formalar satışa çıxarılıb.

1-6-cı siniflər üçün 26-44 ölçüdə forma 40 manat, 7-11-ci siniflər üçün 32-54 ölçülü formalar isə 46 manatdır. 26-42 ölçülü tək şalvarlar 15 manat, 44-56 ölçüdə olanlar isə 18 manatdır. Həmçinin, tək ətəklərin qiyməti müvafiq olaraq 15 və 18 manatdır.

Oxu.Az-ın araşdırmasına görə, bu il məktəb ləvazimatlarının qiymətlərində ciddi dəyişiklik qeydə alınmayıb.

Məktəb ləvazimatlarının satışı ilə məşğul olan mağazanın meneceri Salim Mehraliyev deyir ki, 2020-ci illə müqayisədə bu il qiymətlərdə hər hansı bir fərq mövcud deyil, hətta ötən ilki məhsullar satılmadığından bu il az miqdarda məktəbli ləvazimatı idxal edilib, həmin məhsulların da qiymətində dəyişiklik olmayıb. 

Hazırda 2021-2022-ci tədris ili üçün nəzərdə tutulan yeni iş dəftərləri və məktəbli kitabları satışa buraxılmayıb. Sentyabrın 5-dən etibarən onların satışa buraxılması gözlənilir. Ötən il satışa çıxarılan iş dəftərlərinin qiyməti 5-6 manat, məktəbli kitablarının qiyməti isə 6-7 manatdır. Hələ ki, mağazalarda ötən ilki buraxılışlar satılır.

Çantaların qiyməti 20 AZN-dən başlayır 90 AZN-yə qədər artır. İbtidai siniflər üçün ləvazimatlarla dolu məktəbli çantası ən aşağı 50 AZN-ə, V sinif və daha yuxarı siniflərdə təhsil alan şagirdlər üçün isə 70 AZN-ə başa gəlir.  

Dəftərlər 12 vərəqlidən 96 vərəqliyə qədər çeşidlənir. Naziküzlü dəftərlərin qiyməti 0.15 AZN-dən, qalınüzlü dəftərlər isə 0.25 AZN-dən 3 AZN-ə qədər artır.

Digər məhsulların qiymətləri aşağıdakı kimidir:

Gündəliklər - naziküzlü 1.50 AZN, qalınüzlü 3.50 AZN; 

Qələm - 0.10 AZN-dən 3.50 AZN-ə qədər;

Sadə karandaş - 0.30 AZN-dən 1.50 AZN-də qədər;

Karandaşyonan - 0.40 AZN-dən 3.50 AZN-ə qədər;

Pozan - 0.30 AZN-dən 1.50 AZN-ə qədər; 

Rəngli karandaşlar - 1 AZN-dən 28 AZN-ə qədər;

Marker - 2.50 AZN-dən başlayaraq;

Təbaşir - 2 AZN-dən 15 AZN-ə qədər;

Qeyd dəftərləri - 0.50 AZN-dən 15 AZN-ə qədər;

Çantalar - 20 AZN-dən 90 AZN-ə qədər;

Plastilin  - 0.80 AZN-dən 15 AZN-ə qədər;

Penal -  2 AZN-dən başlayaraq;

Rəngli kağızlar - 0.40 AZN-dən 2 AZN-ə qədər;

Rəsm albomu - 0.40 AZN-dən 3 AZN-ə qədər;

Su qabı və termoslar - 6 AZN-dən 20 AZN-ə qədər;

Dəftər və kitab üzləri - 0.20 AZN-dən başlayaraq;

Qovluqlar - 0.50 AZN-dən başlayaraq;

Yapışqan - 0.40 AZN-dən 3.50 AZN-ə qədər;

Ağardıcı - 0.80 AZN-dən 1.20 AZN-ə qədər;

Sulu və yağlı boya - 3 AZN-dən 8 AZN-də qədər;

Flomaster - 2.50 AZN-dən 9 AZN-ə qədər;

Xətkeş - 0.40 AZN-dən 1.50 AZN-ə qədər;  

Kitablıq - 6 AZN-dən 8 AZN-ə qədər;

Pərgar - 2.50 AZN-dən 8 AZN-də qədər;

Qayçı - 0.80 AZN-dən 3.50 AZN-ə qədər;

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri