13 
Sen
2021
13:48
154
28
2603
yuxarı
SOCAR-dan qazilərə və aztəminatlı ailələrə dəstək - FOTO
13 Sen, 2021
13:48
2603
154
28
SOCAR-dan qazilərə və aztəminatlı ailələrə dəstək - FOTO
SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri üzrə tərəfdaşları tərəfindən maliyyələşdirilən “ProFarms” layihəsi çərçivəsində vətəndaşları məlumatlandırmaq məqsədilə Ağdaş, Ucar və Yevlax rayonlarında 20 kənddə icma görüşləri təşkil olunub.
Bu barədə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məlumat verilib.
Bildirilib ki, Ağdaş, Ucar, Yevlax rayonlarında 20 kəndi və 200 fərdi fermer təsərrüfatını əhatə edən “ProFarms” layihəsi çərçivəsində şəhid ailələri, Vətən müharibəsi qaziləri, ehtiyatda olan hərbçilər, aztəminatlı ailələr və təqaüdçülərə mikro sahibkarlığa başlamaq üçün müxtəlif növ yardımlar göstəriləcək.