17 
Sen
2021
12:30
156
23
8148
Virtual karabakh

Dövlət qurumu sayğaclarla bağlı araşdırmalara BAŞLADI

17 Sen, 2021
12:30
8148

Dövlət qurumu sayğaclarla bağlı araşdırmalara BAŞLADI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çoxmənzilli binalarda elektrik sayğaclarının quraşdırılması ilə əlaqədar araşdırmalara başlanılıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən verilən məlumata görə, mənzil-tikinti kooperativləri tərəfindən yeni inşa olunan çoxmənzilli binalarda elektrik sayğaclarının quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyətinə dair araşdırmalara başlayıb.

Məqsəd qanunvericiliyin tələblərinin və istehlakçıların mənafelərinin pozulmasına gətirib çıxara bilən halların qarşısının alınmasıdır.

Araşdırmalar enerji təchizatı müəssisəsinin hesabına quraşdırılmalı olan sayğacların mənzil-tikinti kooperativlərinə satılması, sonradan isə sayğacların dəyərinin həmin binaların sakinlərindən tələb edilməsi ilə “Elektrik enerjisindən istifadə Qaydaları”nın və istehlakçıların hüquqlarının pozulmalarına gətirib çıxara bilən hərəkətlərin əlamətləri üzrə “Azərişıq” ASC tərəfindən Dövlət Xidmətinə təqdim edilən bir sıra sənəd və məlumatlara əsasən aparılır.

Qeyd edək ki, mövcud qanunvericiliyin tələblərinə əsasən məişət istehlakı üçün nəzərdə tutulan sayğaclar təchizatçı müəssisələrin hesabına quraşdırılmalıdır.

Dövlət Xidmətinin tövsiyəsinə uyğun olaraq, artıq bu ilin 1 iyul tarixindən mənzil-tikinti kooperativlərinə verilən texniki şərtlərə sakinlərin məişətdə istehlak etdikləri qaz sayğaclarının pulsuz quraşdırılmasına dair tələb də əlavə olunub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri