16 
Okt
2021
17:18
265
98
5592
Virtual karabakh

Əmək Müfəttişliyi işçilərə ödənilməyən 100 minlərlə manat pul aşkar edib

16 Okt, 2021
17:18
5592

Əmək Müfəttişliyi işçilərə ödənilməyən 100 minlərlə manat pul aşkar edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-sentyabr aylarında vətəndaş müraciətlərinin araşdırılması zamanı 851 914 manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi müəyyən edilib.

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat verib.

Bildirilir ki, tədbirlər nəticəsində işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin edilib. 

Ödənilən vəsaitin 837 636 manatı əmək haqlarından, qalan hissəsi zərərə görə ödənclərdən, işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan ibarət olub.

Aidiyyəti işəgötürənlərə müvafiq məsələlərlə bağlı əmək qanunvericiliyindən irəli gələn tələblər izah olunub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri