18 
Okt
2021
14:56
31
89
1464
Virtual karabakh

“Startap” şəhadətnaməsi almış sahibkarların sayı 19-a çatdı

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha beş KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

Agentlikdən verilən məlumata görə, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 19-a çatıb.

“Startap” şəhadətnaməsi “GLOBAL İNNOVATİONS” MMC-nin onlayn ödəniş aqreqatoru və elektron ticarət üçün “www.epoint.az” platforması, “VVHELP” MMC-nin biznes subyektləri üçün onlayn müştəri dəstəyi barədə proqram təminatı, fərdi sahibkar Orxan Cəfərovun aqrar sektor üzrə onlayn məsləhət xidməti platforması, “SUPPLY CHAIN COMMUNITY” MMC-nin təchizatçılar və tədarükçülər üçün onlayn platforması və fərdi sahibkar Namik Hacıyevin onlayn bilik yarışması layihəsi üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən üç il müddətinə azad edir.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər.

Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla linkdən tanış olmaq olar.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri