21 
Okt
2021
12:36
87
40
3593
Virtual karabakh

Ölkədə yeni standartlar TƏSDİQ EDİLDİ - FOTO

21 Okt, 2021
12:36
3593

Ölkədə yeni standartlar TƏSDİQ EDİLDİ - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bitum məhsullarına dair dövlət standartları təsdiq edilib.

Bu barədə Oxu.Az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib. 

Bildirilib ki, ölkədə istehsal olunan bitum və bitumlu büzücülərin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə beynəlxalq standartların son versiyaları əsasında AZS EN 12592:2021 “Bitum və bitumlu büzücülər. Həllolmanın təyini üsulu” və AZS EN 12593:2021 “Bitum və bitumlu büzücülər. Fraasa görə kövrəklik temperaturunun təyini üsulu” dövlət standartları təsdiq edilib.

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu tərəfindən hazırlanan standartlar “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Yeni standartlar vasitəsilə elmi-tədqiqat institutları, neft emalı zavodları, asfalt-beton müəssisələri və tikinti işləri ilə məşğul olan təşkilatlar bitum və bitumlu büzücülərin keyfiyyət meyarlarını daha rahat şəkildə müəyyən edə biləcəklər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri