28 
Okt
2021
17:08
520
25
2216
Virtual karabakh

Qubadlı, Xocalı və Zəngilandakı əkin sahələri şumlanıb

Payızlıq əkinlərlə əlaqədar bu günədək Azərbaycanda 826 287 hektar sahədə şumlama işləri aparılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, bu, proqnozlaşdırılan əkin sahəsinin 81,3 faizini təşkil edir.

Bu günədək 200 818 hektar sahədə səpin həyata keçirilib, o cümlədən 84 961 hektar sahədə buğda səpini, 115 857 hektar sahədə arpa səpini aparılıb.

Səpin zamanı 14 816,2 ton sertifikatlaşdırılmış buğda, 13 007,4 ton sertifikatlaşdırılmış arpa toxumundan istifadə olunub.

Füzuli, İmişli, Oğuz, Qubadlı, Salyan, Sabirabad, Xocalı, Yevlax və Zəngilan rayonlarında şum proqnozlaşdırılan əkin sahəsinə nisbətən 100 faiz yerinə yetirilib.

Ağcabədi rayonunda şum proqnozlaşdırılan əkin sahəsinə nisbətən 98,2 faiz, Ağdaş rayonunda 93,1 faiz, Ağstafa rayonunda 95,2 faiz, Quba rayonunda 98,1 faiz, Saatlı rayonunda 95 faiz, Qəbələ rayonunda 97 faiz yerinə yetirilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri