29 
Okt
2021
11:37
41
246
6905
Virtual karabakh

Elman Rüstəmov manatın məzənnəsindən DANIŞDI - VİDEO

29 Okt, 2021
11:37
6905

Elman Rüstəmov manatın məzənnəsindən DANIŞDI - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda təzyiqlər manatın möhkəmlənməsi istiqamətindədir”. 

Oxu.Az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

Baş bankir manatın devalvasiyası ilə bağlı mediada yayılan məlumatlara cavab olaraq bildirib ki, fundamental amilləri və hazırkı prosesləri dəyərləndirdikdə yüksələn neft qiymətlərini, qeyri-neft ixracının artmasını müşahidə edirik:

“Tədiyə balansında əhəmiyyətli profisit gözləyirik. Beynəlxalq proqnozlara əsasən neft qiymətlərində müsbət tendensiya növbəti ilin əvvəlində də gözlənilir”.

Elman Rüstəmovun sözlərinə görə, qeyd edilənlər nəzərə alınaraq, bu il və növbəti ildə makroiqtisadi dayanıqlılıq və manatın məzənnəsi üçün hər hansı təhlükə yoxdur:

“Manatın dəyərinin düşməsi gözlənilmir”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri