Noy
2021
16:12
336
77
3298
Virtual karabakh

Vahid Ələkbərov varidatı artan rusiyalı milyarderlərin ilk beşliyində - SİYAHI

1 Noy, 2021
16:12
3298

Vahid Ələkbərov varidatı artan rusiyalı milyarderlərin ilk beşliyində - SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“LUKoil” şirkətinin rəhbəri Vahid Ələkbərov ilin əvvəlindən bəri varidatı artan rusiyalı zənginlər arasında ilk beşlikdədir.

Bu barədə məlumat dünyanın ən varlı 500 adamının daxil olduğu “Bloomberg Billionaires Index”in (BBI) reytinqində öz əksini tapıb.

Məlumata görə, onun sərvəti nəzərəçarpacaq dərəcədə - 7,25 milyard dollar artaraq (12,2 milyard manat) 24,5 milyard dollara (41,6 milyard manat) çatıb.

“LUKoil” şirkətinin rəhbərindən əlavə ilin əvvəlindən bəri sərvəti artan rusiyalı zənginlər arasında ilk beşlikdə NLMK qrupunun idarə heyətinin sədri və əsas səhmdarı Vladimir Lisin (dördüncü yer), “Severstal”ın əsas rəhbəri  Aleksey Mordaşov (üçüncü yer), “Norinikel” mədən-metallurgiya şirkətinin rəhbəri Vladimir Potanin (ikinci yer) və “Novateka”nın həmsahibi Leonid Mixelsonun (birinci yer) adı var.

Mənbə: “RİA Novosti”

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri