Noy
2021
15:38
28
80
1325
Virtual karabakh

Avropanı qazla təmin edən “Şahdəniz”dən nə qədər məhsul hasil olub? - FOTO

4 Noy, 2021
15:38
1325

Avropanı qazla təmin edən “Şahdəniz”dən nə qədər məhsul hasil olub? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin doqquz ayında “Şahdəniz” yatağından ümumilikdə 16 milyard standart kubmetr qaz və 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib.

“BP Azərbaycan”dan Oxu.Az-a verilən məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə 20,3 faiz çox qaz, 11,1 faiz çox kondensat hasil edilib. 

Bu dövr ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə 1 milyard 570 milyon dollar əməliyyat xərcləri və təxminən 524 milyon dollar əsaslı xərclər çəkilib. Bu xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aid olub. Ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyat xərcləri 2,5 dəfə artıb, əsaslı xərcləri isə 27,1 faiz azalıb.  

Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz çoxdur.

“Şahdəniz”də iştirak payları belədir: BP (operator - 28,83 faiz), TPAO (19 faiz), PETRONAS (15,5 faiz), AzŞD (10 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz), Cənub Qaz Dəhlizi Apstrim (6,67 faiz).

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri