Noy
2021
15:34
54
198
2889
Virtual karabakh

SOCAR-da “Zəfər Günü”nə həsr olunan tədbir keçirilib - FOTO

5 Noy, 2021
15:34
2889

SOCAR-da “Zəfər Günü”nə həsr olunan tədbir keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 5-də SOCAR-da “Zəfər Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib. 

Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri, şəhid neftçilərin ailə üzvləri və neftçi qazilər iştirak ediblər. Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

“Neftçilər Vətən müharibəsində” foto-albomunun və eyni adlı filmin təqdimatı keçirilən tədbirdə təqdim olunan foto-albom və film haqqında tədbir iştirakçılarına məlumat verilib, bildirilib ki, Vətən müharibəsində iştirak edib SOCAR əməkdaşlarının həyat hekayələrinin əks olunduğu albom-kitabda Azərbaycan neftçilərinin Vətənə, millətə bağlılığı, ənənələrə sədaqəti əks olunub.

Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev qalib xalq olmağın sonsuz sevinc və qürurunu yaşayan Azərbaycan xalqını və onun avanqard qüvvəsi olan çoxminli neftçilər ailəsini Zəfər günü münasibəti ilə təbrik edib, SOCAR ailəsi üzvlərinin ön və arxa cəbhədə göstərdikləri hünər yolundan söz açıb. SOCAR-ın prezidenti deyib: “Böyük Qələbəmiz şəhidlərimizin müqəddəs qanı ilə yoğrulub. Şəhidlərimiz bizim and yerimizdir. Uşaqdan böyüyə hər bir azərbaycanlı onların xatirəsini əziz tutur. Bu gün Şəhidlərimizin ruhu şaddır. Onların haqq işi qələbə çalıb, qanları yerdə qalmayıb. 500-dən artıq neftçinin iştirak etdiyi Vətən müharibəsində 6 unudulmaz həmkarımız - Alı, Oktay, Şahgündüz, Tural, Səmural, Aydın Vətən uğrunda canlarından keçərək şəhidlik məqamına yüksəliblər. Onların xatirəsinin əbədiləşdiriləcək, onların ülvi idealları gənc nəslə aşılanacaq. Bu gün nümayiş etdirilən film və “Neftçilər Vətən müharibəsində” kitabı bu istiqamətdə atılan ilk addımlardandır”. SOCAR prezidenti şəhid neftçilərin ailə üzvlərinin və neftçi qazilərin problemlərinin daim diqqət mərkəzində olduğunu söyləyib, bu istiqamətdə görülən işlərdən danışıb.

Sonra şəhid Şahgündüz Cabbarovun atası Habil Cabbarov çıxış edərək ötən il Vətən müharibəsində əldə edilən qələbənin hər bir Azərbaycan vətəndaşının Zəfər yaddaşı olduğunu bildirib, ötən müddətdə şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib.

Qazilərdən Təhlükəsislik İdarəsinin operativ şöbəsinin mühəndisi Pərviz Quliyev öz döyüş təəssüratlarından danışıb, Vətən müharibəsində əldə edilən qələbənin inanılmaz hiss olduğunu bildirib. 

Qeyd olunub ki, Qarabağ uğrunda canından keçən qəhrəmanlarımız bu zəfərlə qalib millət obrazını tamamlanıblar. Tədbirin sonunda “Neftqazelmitədqiqatlayihə” institutunun texniki istismar şöbəsinin rəisi İbrahim Allahverdiyev Vətən müharibəsində şəhid olmuş neftçilərin ailə üzvləri, neftçi-qaziləri və bütün Azərbaycan neftçiləri adından Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına ünvanlanmış müraciəti oxunub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri