15 
Noy
2021
11:02
42
172
1745
Virtual karabakh

Mikayıl Cabbarov: “Azərbaycan iqtisadiyyatına 300 milyard dollar pul qoyulub”

15 Noy, 2021
11:02
1745

Mikayıl Cabbarov: “Azərbaycan iqtisadiyyatına 300 milyard dollar pul qoyulub”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“1995-ci ildən bu il iyulun 1-nə qədər Azərbaycan iqtisadiyyatına 300 milyard ABŞ dolları investisiya qoyulub”.

Oxu.Az xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, bunun yarısı xarici sərmayələrdir: 

“O cümlədən ölkənin sənaye zonalarına qoyulması nəzərdə tutulan 6,7 milyard ABŞ dolları investisiyanın 6,3 milyard ABŞ dollarından artıq yatırılıb”.

Nazir deyib ki, bu il Azərbaycan iqtisadiyyatına həcminə görə, 2019-cu ildəki səviyyəni üstələyəcək, ölkənin strateji valyuta ehtiyatları ÜDM-in 108 %-ni təşkil edəcək, bu da xarici dövlət borcunu 6 dəfə üstələyəcək.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri