16 
Noy
2021
12:04
21
314
3495
Virtual karabakh

Ölkə üzrə orta aylıq əməkhaqqı artıb

16 Noy, 2021
12:04
3495

Ölkə üzrə orta aylıq əməkhaqqı artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 723,2 manat təşkil edib.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, orta aylıq əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artıb.

Bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3 183,2 manat, qeyri neft-qaz sektorunda 673,5 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 641,4 manat, özəl müəssisələrdə isə 820,1 manat olub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri