19 
Noy
2021
11:48
6
248
2227
Virtual karabakh

“Azəriqaz”ın baş direktoru qazın təzyiqindən DANIŞDI

19 Noy, 2021
11:48
2227

“Azəriqaz”ın baş direktoru qazın təzyiqindən DANIŞDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu gün səhər “Azəriqaz” İstehsalat Birliyinə qazın təzyiqi ilə bağlı müraciət daxil olmayıb. Müraciətlərin sayı kifayət qədər azalıb”.

Oxu.Az-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, bəzi ərazilərdə qazın təzyiqi ilə bağlı problemlərin qalması mümkün ola bilər, lakin son illər ərzində bu problemlə bağlı müraciətlər demək olar ki, kifayət qədər azalıb: 

“Qazın təzyiqi ilə bağlı müraciətlər müxtəlif səbəblərə bağlıdır. Bəzi ərazilərdə təzyiqlə bağlı problemlər ola bilsin ki, hələ də qalıb. Biz bu gün də qazın təzyiqi ilə bağlı müraciətləri qəbul etməyə hazırıq və problemin həllinə baxa bilərik”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri