20 
Noy
2021
09:48
118
43
1149
Virtual karabakh

Orxan Məmmədov: “KOBİA azad edilmiş ərazilərdə bərpa işlərində iştirak üçün 900-ə yaxın müraciət alıb”

20 Noy, 2021
09:48
1149

Orxan Məmmədov: “KOBİA azad edilmiş ərazilərdə bərpa işlərində iştirak üçün 900-ə yaxın müraciət alıb”

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) azad edilmiş ərazilərdə bərpa işlərində iştirak üçün yerli və xarici şirkətlərdən 900-ə yaxın müraciət alıb.

Bunu Trend-ə müsahibəsində agentliyin İdarə heyətinin sədri Orxan Məmmədov deyib.

O qeyd edib ki, agentlik yerli və xarici şirkətlərin cəlb olunması prosesində fəal iştirak edir

“Bu gün bizdə bərpa işlərində və biznes layihələrdə iştirak etməklə bağlı yerli və xarici şirkətlərdən 900-ə yaxın müraciət var”, - deyə o, bildirib.

O.Məmmədov qeyd edib ki, xarici şirkətlər də prosesdə fəal iştirak edir.

“Qarabağda infrastruktur layihələrində artıq Türkiyə şirkətləri iştirak edir. Onlar iri infrastruktur layihələrinin reallaşdırılmasında uğurla çalışır. Agentliyimiz müntəzəm olaraq xarici şirkətləri və investorları Azərbaycandakı potensial və iştirak imkanları barədə məlumatlandırır. Azərbaycana biznes missiya ilə gələn sahibkarlar ətraflı məlumatlandırılır”, - o qeyd edib.

Bununla yanaşı, O.Məmmədov bildirib ki, Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsi ölkəmiz üçün yeni imkanlar açır və birbaşa xarici investisiyaların cəlb olunmasına xidmət edir.

“Agentliyimizin Rusiya şirkətləri ilə B2B görüşləri “ağıllı şəhər” inkişafına həsr olunmuşdu. Biz bu istiqamətlər üzrə məsələləri müəyyənləşdirmişik və Rusiya tərəfinin təqdimatları ilə tanış olmuşuq. Həmçinin, “ağıllı kənd" konsepsiyası təqdim olunub və təcrübə mübadiləsi həyata keçirilib. Bundan başqa, Azərbaycana “KamAZ”, “RJD Logistika” və digər şirkətlər səfər edib. Logistika sahəsində ölkələrimizin şirkətləri arasında bir çox məsələlər müzakirə olunub. Hesab edirəm ki, biz dəmiryol layihələrində əməkdaşlıq üçün böyük imkanlara malikik. Bu baxımdan “Aqroekspress” layihəsini qeyd etmək olar. Bu layihə uzun müddət müzakirə olunub və artıq onun işə salınması üçün hazırlıq gedir”, - deyə o, bildirib.

İdarə heyətinin sədri bildirib ki, KOBİA və Rusiya İxrac Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

“Hesab edirəm ki, bu sənəd sahibkarlarımıza Rusiya tərəfinin təqdim etdiyi xidmətlərdən yararlanmağa imkan verəcək. İlk növbədə, “ROSEKSİMBANK”ın Rusiya ilə əməkdaşlıq edən azərbaycanlı sahibkarlara təqdim olunan güzəştli maliyyə dəstəyini qeyd etmək lazımdır. Mən sahibkarlarımız üçün bu vasitələrdən istifadə olunmasında imkanlar görürəm”, deyə O.Məmmədov vurğulayıb.

O qeyd edib ki, Rusiyan tərəfi Azərbaycan bazarında öz layihələrini reallaşdırmaq üçün böyük imkanlara malikdir.

O.Məmmədov xatırladıb ki, bir neçə gün əvvəl Bakıda Beynəlxalq Biznes Forumu (IBF) keçirilib.
“Forumun bütün tədbirlərini uğurlu hesab edirəm. Xarici nümayəndə heyətlərinin səfərləri və yerli sahibkarlarla keçirilən görüşlər təkcə biznes subyektlər üçün deyil, ümumilikdə ölkələr üçün faydalıdır. Bakıda Azərbaycan İqtisadiyyat Nazirliyi və Türkiyə Ticarət Nazirliyinin dəstəyi ilə keçirilmiş 25-ci yubiley biznes forumu çox məhsuldar keçdi. Ölkəmizə 30 ölkədən 500-dən çox sahibkar gəlmişdi. Onlar Azərbaycanın inkişafından, ölkənin investisiya imkanlarından heyranlıq duydu. Əlbəttə, bu cür beynəlxalq hadisələr ikitərəfli əmədaşlıqları möhkəmləndirəcək, imkanlarımızı artıracaq və ölkəmizə xarici investisiyaları cəlb edəcək”, - deyə o, sözlərini tamamlayıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri