23 
Noy
2021
17:32
227
49
3418
Virtual karabakh

Azərbaycanın 50 manatlıq pul nişanı mükafata layiq görüldü - FOTO

Azərbaycan Respublikasının yenilənmiş 50 manatlıq pul nişanı dünyada mütərəqqi dizayna malik ən təhlükəsiz banknot kimi beynəlxalq mükafata layiq görülüb.

Mərkəzi Bankdan Oxu.Az-a verilən məlumata əsasən, 17-18 noyabr tarixlərində Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyası (IHMA) tərəfindən Böyük Britaniyada təşkil edilmiş beynəlxalq konfransda yeni 50 manatlıq pul nişanı xüsusi mükafata (Excellence Award 2021) layiq görülüb.

Belə ki, pul nişanının üzərində tətbiq edilmiş “Rolling Star Lead” holoqramı və bu holoqramda ekskluziv olaraq banknotun dizayn mövzusuna (“Təhsil və gələcək”) uyğun yaradılmış 3D effektli elementlər pul nişanlarının saxtalaşdırılması riskinə qarşı ən təhlükəsiz mühafizə elementi seçilib.

Eyni zamanda, “Təhsil və gələcək” mövzusuna həsr olunmuş bu banknotun mövzusunun cəmiyyət üçün aktuallığı qeyd olunaraq onun üzərində əks olunan təsvirlərin (gələcəyə baxışı simvolizə edən - “Günəş”, inkişaf rəmzi olan - “Pillələr”, təhsilin önəmli kateqoriyaları olan “Təhsil ocağı”, “Şagird”, “Tələbə”) ən qabaqcıl mühafizə elementləri ilə sinxron şəkildə kombinasiyası, eləcə də rənglərin gözoxşayan dinamikası xüsusi vurğulanıb.

Hazırda yenilənmiş 50 manatlıq dövriyyədə olan eyni nominallı kağız pul nişanı ilə paralel olaraq tədavüldədir.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri