24 
Noy
2021
18:30
13
367
3715
Virtual karabakh

Azərbaycanda yeni verilmiş kreditlərin faizləri artıb

24 Noy, 2021
18:30
3715

Azərbaycanda yeni verilmiş kreditlərin faizləri artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci il noyabr ayının 1-nə Azərbaycanda kredit portfelinin ümumi həcmi 16 415 900 000 manat olub.

Oxu.Az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, bu göstərici əvvəlki ayla müqayisədə 2,9 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 11 faiz çoxdur.

Oktyabr ayı ərzində bankların kredit portfelinin həcmi 448 600 000 manat həcmində artıb. Ölkədə problemli kreditlərin həcmi azalaraq 816 900 000 manat olub. Vaxtı keçmiş kreditlərin həcmi əvvəlki ayla müqayisədə 6,3 faiz, illik müqayisədə isə 18,9 faiz azalıb. Onların ümumi kredit portfelində çəkisi 5 faizi təşkil edib.

Kreditlərin 3 151 400 000 manatı dövlət bankları tərəfindən təmin edilib ki, onlar əvvəlki ayla müqayisədə 5,8 faiz, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 18,1 faiz daha çox kredit verib.

Özəl banklar tərəfindən isə 12 845 900 000 manat həcmində kredit verilib. Aylıq müqayisədə özəl banklar 2,3 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 9,4 faizə qədər çox kredit verib.

Digər kreditlər isə bank olmayan kredit təşkilatları tərəfindən təmin edilib və onların kredit portfelinin həcmi 418 600 000 manat olub. Bu, illik müqayisədə 11,2 faiz, aylıq müqayisədə isə 4,3 faiz çoxdur.

2021-ci il noyabr ayının 1-nə olan göstəricilərə əsasən, əhalinin istehlak kreditlərinin (ev təsərrüfatı) həcmi 8 122 900 000 manat olub. Bu isə cəmi kreditlərin 49,5 faizini təşkil edib. İstehlak kreditlərinin həcmi əvvəlki ayla müqayisədə 2,4 faiz, illik müqayisədə 20,1 faiz çoxdur.

Noyabr ayının 1-nə manatla olan kreditlər üzrə orta faiz dərəcəsi 14,33 faiz olub. Bu kreditlərdə orta faiz dərəcəsi illik müqayisədə 0,73 faiz bənd artıb. Xarici valyutada verilən kreditlərin orta faiz dərəcəsi isə ötən ilin eyni dövrü ilə müqayisədə 0,34 faiz bənd azalaraq 5,05 olub. 

Yeni verilmiş manatla olan kreditlərin orta faiz dərəcəsi isə 17,13 olub, bu, ötən ilin eyni dövrünə nəzərən 2,18 faiz bənd çoxdur. Eyni kateqoriyada xarici valyutada verilən kreditlərin orta faiz dərəcəsi isə 0,43 faiz bənd azalaraq 4,74 olub.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri