25 
Noy
2021
16:24
342
15
2778
Virtual karabakh

Energetiklər qarlı-dumanlı Kəlbəcər dağlarında iş başında - VİDEO

25 Noy, 2021
16:24
2778

Energetiklər qarlı-dumanlı Kəlbəcər dağlarında iş başında - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərişıq” ASC-nin əməkdaşlarının Kəlbəcər rayonunda elektrik enerjisi şəbəkəsinin qurması ilə bağlı görüntüləri yayılıb.

Oxu.Az xəbər verir “Azərişıq” ASC-dən bildirilib ki, görüntülər 25 noyabr 2021-ci il tarixində - Kəlbəcərin azad edilməsinin 1-ci ilinin tamam olduğu gündə qeydə alınıb.

Qeyd edək ki, artıq bir müddət əvvəl “Azərişıq” Kəlbəcər rayonun mərkəzində daxili şəbəkə, küçə işıqlandırması və müxtəlif dövlət orqanlarının yerləşdiyi müvafiq tikililərdə elektrik enerji xətlərini bərpa edib. 

Rayonun elektrik enerjisi təchizatı üçün əsas mənbə kimi “Daşkəsən” və “Əhmədli” stansiyalarından istifadə olunur.

Xatırladaq ki, bu gün Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 1 il ötür.

İşğalçı Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal etmişdi. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 mülki sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri