30 
Noy
2021
12:26
90
53
1092
Virtual karabakh

“SOCAR Türkiyə”nin baş direktoru: “Son beş ildə Türkiyədə ən böyük investora çevrilmişik”

30 Noy, 2021
12:26
1092

“SOCAR Türkiyə”nin baş direktoru: “Son beş ildə Türkiyədə ən böyük investora çevrilmişik”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pandemiyaya və qlobal böhrana baxmayaraq, 2021-ci ili yaxşı nəticələrlə bitirə bilirik”.

Oxu.Az xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Türkiyədə baş tutan media konfransında deyib.

O bildirib ki, son beş ildə şirkət Türkiyənin ən böyük investoruna çevrilib:

“Son illərdəki ən böyük nailiyyətlərimizdən biri Türkiyədə ən böyük sənaye holdinqi ünvanını almağımızdır. Bu gün Türkiyədə 10 mindən çox insanı işlə təmin edirik”.

Baş direktor 12 il ərzində böyük nailiyyətlər əldə edildiyini vurğulayıb:

“Bu illər ərzində nəhəng layihələrə imza atılıb. Artıq investisiyaların ilkin mərhələsi bitib, biz bundan sonra investisiya layihələrinin effektiv çalışmasını həyata keçirəcəyik”.

O qeyd edib ki, şirkətin Türkiyədə 20-yə yaxın biznesi mövcuddur. Bu günə qədər “SOCAR Terminal”, “Petkim”, STAR Neft Emalı Zavodu və TANAP daxil olmaqla investisiya xərcləri 16,5 milyard dolları keçib.

Qeyd edək ki, dünyanın ən qədim neft istehsalçılarından olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2008-ci ildə “Petkim”i almaqla Türkiyədəki fəaliyyətinə başlayıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri