30 
Noy
2021
12:34
128
33
979
Virtual karabakh

SOCAR rəsmisi: “TANAP Türkiyənin qaz ehtiyacının 12 faizini təkbaşına təmin etmək gücünə malikdir”

30 Noy, 2021
12:34
979

SOCAR rəsmisi: “TANAP Türkiyənin qaz ehtiyacının 12 faizini təkbaşına təmin etmək gücünə malikdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2021-ci ilin yanvar ayından etibarən 26 noyabr 2021-ci il tarixinə qədər TANAP ilə Avropaya 7,1 milyard kubmetr qaz daşınıb”.

Oxu.Az xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Türkiyədə baş tutan media konfransında deyib.

Onun sözlərinə görə, 30 iyun 2018-ci ildən noyabrın 26-na qədər isə TANAP vasitəsilə Türkiyəyə 13,4 milyard kubmetr qaz daşınıb.

Şirkətin direktoru əlavə edib ki, SOCAR Türkiyə TANAP-da yeddi faiz hissəyə malikdir.

Qeyd edilib ki, TANAP Türkiyənin qaz ehtiyacının 12 faizini təkbaşına təmin etmək gücünə malikdir.

Xəttin 16 milyard kubmetr olan daşıma qabiliyyəti əlavə investisiyalar hesabına 31 milyard kubmetrə qədər artırıla biləcək şəkildə dizayn edilib.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri