30 
Noy
2021
13:08
16
102
1305
Virtual karabakh

Zaur Qəhrəmanov: “Bu gün dünya trendləri izlənilir və ona uyğun yatırımlar edilir”

30 Noy, 2021
13:08
1305

Zaur Qəhrəmanov: “Bu gün dünya trendləri izlənilir və ona uyğun yatırımlar edilir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son iki ildə şirkətimiz həftəlik planlamaya keçib”.

Oxu.Az xəbər verir ki, bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Türkiyədə baş tutan media konfransında deyib.

O bildirib ki, indiki dövr üçün bazarda nə baş verəcəyini demək mümkün deyil:

“Artıq illik və ya aylıq planlama etmək öz səmərəsini verməyə bilir. Həmçinin pandemiya ilə əlaqədar digər sektorlar üzrə proseslər də enerji sektoruna təsir edir. Hazırda bunların hamısını nəzərə alırıq. Güclü bir komandamız var və yaxşı işlər görmüşük, bundan sonra da görəcəyik”.

Şirkətin baş direktoru qeyd edib ki, bu gün dünya trendləri izlənilir və ona uyğun yatırımlar edilir:

“Hazırda davamlı inkişaf məsələlərinə də xüsusi diqqət yetirilir. Mövcud iqtisadi vəziyyətlə əlaqədar hər bir şirkətin davamlı inkişaf proqramının olması vacib hesab olunur”.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri