Dek
2021
18:52
362
179
1410
Virtual karabakh

Rumıniyanın ölkəmizdəki yeni səfiri ilə görüş olub - FOTO

2 Dek, 2021
18:52
1410

Rumıniyanın ölkəmizdəki yeni səfiri ilə görüş olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Rumıniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vasile Soare ilə görüşüb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi məlumat yayıb.

Bildirilib ki, o, V.Soareni yeni vəzifəyə təyinatı münasibətilə təbrik edib, ona ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafı məqsədilə görəcəyi işlərdə uğurlar arzulayıb. Nazir həmçinin Rumıniyanın milli bayramı – Birlik günü münasibətilə təbriklərini ifadə edib. 

S.Babayev 2021-ci ilin yanvar-oktyabr aylarında da ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanla Rumıniya arasında ticarət dövriyyəsinin 52,21% artdığını qeyd edib. Ölkəmizdə Rumıniya şirkətlərinin uğurlu fəaliyyətini diqqətə çatdırılıb. Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyətindən bəhs olunub. Səfirə ölkəmizdə aparılan sosial islahatlar barədə də məlumat verilib.

V.Soare ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsində maraqlı olduğunu, iki ölkənin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində olmasının məmnunluq doğurduğunu deyib. Diplomatik fəaliyyəti dövründə ikitərəfli əməkdaşlığın inkişafı üçün səylər göstərəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan və Rumıniya əlaqələrinin mövcud vəziyyəti və gələcək inkişafına, Müştərək Komissiyanın fəaliyyətinə dair fikir mübadiləsi aparılıb. 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri