Dek
2021
00:30
223
61
1755
Virtual karabakh

Azərbaycanın daha 12 müəssisəsinə Rusiyaya pomidor və alma tədarükü üçün icazə verildi

4 Dek, 2021
00:30
1755

Azərbaycanın daha 12 müəssisəsinə Rusiyaya pomidor və alma tədarükü üçün icazə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rosselxoznadzor” dekabrın 6-dan Azərbaycanın 12 müəssisəsinin Rusiyaya pomidor və alma tədarükünə icazə verib.

Bu barədə qurumdan məlumat verilib.

Qeyd olunub ki, həmin müəssisələrdən 7-si pomidor, 5-i isə alma istehsalçısıdır.

Qərar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə Azərbaycanın səlahiyyətli qurumu tərəfindən müəssisələrdə aparılan fitosanitar monitorinqin nəticələrinə əsasən qəbul edilib.

Qeyd edək ki, “Rosselxoznadzor” ötən il dekabrın 10-dan Azərbaycandan alma və pomidorun tədarükünə müvəqqəti məhdudiyyətlər qoyub. Adıçəkilən məhsullarda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdunun aşkar olunduğu bildirilib.

Mənbə: 1prime.ru

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri