Dek
2021
14:44
216
17
1353
Virtual karabakh

Departament rəsmisi: “Zəngəzur koridoru vasitəsi ilə TIR-ların dövriyyəsini artırmaq olacaq”

7 Dek, 2021
14:44
1353

Departament rəsmisi: “Zəngəzur koridoru vasitəsi ilə TIR-ların dövriyyəsini artırmaq olacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zəngəzur koridorunun açılması regionda yerləşən bütün ölkələrə, onların nəqliyyat siyasətinə və ümumilikdə regionun nəqliyyat arxitekturasına əsaslı şəkildə təsir edəcək”. 

Oxu.Az-ın məlumatına görə, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Strateji Planlama və İnkişaf departamentinin müdiri Xudayar Həsənli bildirib. 

Onun sözlərinə görə, bu koridorun açılması ilə Ermənistan tərəfi yükləri yoxlamayacaq və rüsumlardan azad olacağıq: 

“Koridorun açılması vaxta qənaətə və yüklərin daha sürətli daşınmasına səbəb olacaq. Məsafə qısaldıqca, paralel olaraq yanacaq sərfiyyatı da azalır”. 

X.Həsənli qeyd edib ki, Zəngəzur koridorunun açılması Azərbaycan TIR-larının Türkiyə ilə dövriyyəsinə böyük təkan verəcək: “Türkiyənin Orta Asiya ilə 120 minlik TIR dövriyyəsini 40 və ya 50 faizə çatdırmaq əsas hədəf olmalıdır. Yəni həmin dəhlizləri biz sıfırlaya bilmərik. Amma ölkəmizə cəlb etməklə TIR dövriyyəsinin sayını artıra bilərik. Belə olan halda digər ölkələr də rəqabət aparacaq”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri