10 
Dek
2021
11:44
64
25
1630
Virtual karabakh

Ağdam Sənaye Parkına nə qədər investisiya yatırılacaq? - RƏSMİ

10 Dek, 2021
11:44
1630

Ağdam Sənaye Parkına nə qədər investisiya yatırılacaq? - RƏSMİ

“Ağdam Sənaye Parkında ilkin mərhələdə 20-25 milyon manatlıq, orta mərhələdə isə 100 milyon manatlıq investisiya yatırılması nəzərdə tutulur”. 

Oxu.Az xəbər verir ki, bunu keçirilən brifinqdə İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifələrini icra edən Elşad Nuriyev deyib.

Onun sözlərinə görə, rəqəmlər dəyişə bilər, çünki bu, təqdim olunan biznes planlardan asılıdır:

“İlkin təqdim olunan biznes planlara əsasən bu rəyə gəlirik. “Araz Vadisi İqtisadi Zonası” Parkı logistika xətlərinin üzərində yerləşdiyi üçün burada daha çox logistika şirkətlərinin, texnikaların təmiri və baxımı müəssisələrinin qurulmasını gözləyirik. Orada ilk rezidentimiz var. “Araz Vadisi İqtisadi Zonası”nda fəaliyyət göstərmək üçün müraciət edən sahibkarlıq subyektləri də var. Hazırda biznes planlar təhlil olunur”. 

E.Nuriyev qeyd edib ki, Ağdam Sənaye Parkında tikinti materialları, qida sənayesi müəssisələrinin qurulmasını gözlənilirdi:

“Ağdam Qarabağın sənaye şəhəri olub. Sənaye Parkının işğaldan azad olunmuş ərazilərin bərpa olunmasında rolu olacaq. Eyni zamanda, Qarabağ inzibati vahidinə daxil olan digər rayonlarımızın inkişafına da töhfə verəcək. Müraciət edən rezidentlərin əksəriyyəti əl əməyi tələb edən müəssisələrdir. Xanımlarımız üçün iş yerlərinin açılması nəzərdə tutulur.

“Araz Vadisi İqtisadi Zonası”na elektrik xəttinin çəkilişi davam edir, ərazinin su ilə təmin olunmasına başlanılıb. Yaxın zamanlarda mobilizasiya işləri yekunlaşacaq və rezidentlər də fəaliyyətə başlayacaq. Bundan sonra əsaslı infrastruktur işlərinə başlanılacaq. Bununla müraciətlərə baxılacaq və seçim olacaq”, - deyə o əlavə edib.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri