16 
Dek
2021
17:50
27
123
7411
Virtual karabakh

Azərbaycanda direktor vəzifəsinə iki təyinat olub - FOTO

16 Dek, 2021
17:50
7411

Azərbaycanda direktor vəzifəsinə iki təyinat olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Sənaye Korporasiyası” ASC-də kadr dəyişiklikləri olub.

Oxu.Az-ın ASC-yə əsasən verdiyi məlumata görə, Səhmdar Cəmiyyətin “Strateji inkişaf və kommersiya” departamentinin direktoru vəzifəsini icra edən Fəxri Mehdiyev qurumun nəzdindəki “Azərpambıq ASK” MMC-yə direktor təyin edilib. 

Fəxri Mehdiyev 18 dekabr 2017-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Maliyyə departamentinin direktoru, 21 yanvar 2020-ci ildən isə Strateji inkişaf və kommersiya departamentinin direktoru vəzifəsinə təyin olunub.

“Strateji inkişaf və kommersiya” departamentinin direktor vəzifəsi isə 14 dekabr 2021-ci il tarixindən etibarən həmin departamentdə direktor müavini vəzifəsini icra edən Rüstəm Əkbərliyə həvalə olunub.

Rüstəm Əkbərli 22 yanvar 2020-ci ildən “Strateji inkişaf və kommersiya” departamentində direktor müavini vəzifəsini icra edib. 

O, 2018-2019-cu illərdə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Maliyyə departamentində İnvestisiya şöbəsinin aparıcı və baş mütəxəssisi, daha sonra şöbə müdiri vəzifəsində çalışıb.

Nigar Məmmədova

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri