21 
Dek
2021
15:54
295
46
3076
Virtual karabakh

SOCAR-ın Gorus-Qafan yolunda yerləşən yanacaqdoldurma məntəqəsindən reportaj - VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Qubadlı rayonunun Eyvazlı kəndindən keçən hissəsində Dövlət Neft Şirkətinin (SOCAR) yanacaqdoldurma məntəqəsinin açılışı olub.

Açılış mərasimində iştirak edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, bu məntəqə beynəlxalq yanacaqdoldurma məntəqəsidir. Buradan həm xarici vətəndaşlar, həm də yerli sakinlər istifadə edəcəklər. 

“Azad olunan torpaqların qazla təmin edilməsi proqramı da layihələndirilir və tez bir zamanda bu istiqamətdə də işə başlanacaq”, - deyə o əlavə edib.

Gorus-Qafan yolunun üzərində yerləşdiyi üçün buradan keçən İran və Ermənistan TIR-ları da bu yanacaqdoldurma məntəqəsindən istifadə edəcəklər.

Qeyd edək ki, bu, işğaldan azad olunmuş rayonlarımızda açılışı olan sayca 3-cü yanacaqdoldurma məntəqəsidir.

Yanacaqdoldurma məntəqəsi özünəxidmət rejimində fəaliyyət göstərir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri