18 
Yan
2022
15:04
32
74
1021
Virtual karabakh

2022-ci ilin ilk “Startap” şəhadətnamələri sahibkarlara təqdim edildi

18 Yan, 2022
15:04
1021

2022-ci ilin ilk “Startap” şəhadətnamələri sahibkarlara təqdim edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha beş KOB subyektinə “Startap” şəhadətnaməsi verilib.

Agentlikdən verilən məlumata görə, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 32-yə çatıb.

“Startap” şəhadətnaməsi “Pickpoint” MMC-nin bağlamaların çatdırılması prosesini avtomatlaşdıran onlayn platforması, “Smor” MMC-nin avtomobil ehtiyat hissələrinin satışı üçün marketpleys, “Maestro Company Limited” MMC-nin məişət xidmətləri üçün veb platforma, “Documood” MMC-nin müqavilələrin onlayn bağlanması üçün veb platforma və “Pay2play” MMC-nin rəqəmsal məhsullar (oyunlar) üçün marketpleys layihələri üçün təqdim edilib.

“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla KOBİA-nın saytından tanış olmaq olar.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri