21 
Yan
2022
16:12
34
247
1164
Virtual karabakh

“Azəriqaz” bu il də abunəçilərinin sayını 70-80 min artırmağı planlaşdırır

21 Yan, 2022
16:12
1164

“Azəriqaz” bu il də abunəçilərinin sayını 70-80 min artırmağı planlaşdırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hər il Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi abunəçilərinin sayında 70-80 min artım olur. Proqnozlaşdırılır ki, bu il də bu qədər artım olacaq”.

Oxu.Az xəbər verir ki, bunu qurumun Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bildirib.

“Artıma səbəb dövlətin apardığı qazlaşdırma işləridir. O cümlədən yeni çoxmərtəbəli yaşayış binalarında təbii qazla təmin olunan mənzillərin sayı artmaqdadır”, - deyə o, qeyd edib.

Bundan başqa, “Azəriqaz” rəsmisinin sözlərinə görə, ötən il ölkədə 7 milyard kubmetr qaz istehlak olunub. Bunun 3,9 milyard kubmetrini əhali, 3,1 milyard kubmetri isə qeyri-əhali abunəçiləri istehlak edib.

“2020-ci illə müqayisədə qaz istehlakında 819 milyon kubmetr artım olub. Bu da kifayət qədər böyük bir rəqəmdir. O cümlədən əhali abunəçiləri üzrə artım 213 milyon kubmetr təşkil edib. Buna səbəb son illər həm əhali abunəçilərinin sayının artması, həm də pandemiya dövründə əhalinin evdə daha çox olmasıdır. Qeyri-əhali abunəçiləri üzrə artım isə 606 milyon kubmetr olub. Bu il də istehlak həcmlərində artım olacağını, yəni 8,2 milyard kubmetr qaz istehlak ediləcəyni gözləyirik”, - deyə o, qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri