21 
Yan
2022
15:44
56
222
2625
Virtual karabakh

SOCAR Norveçin nəhəng neft-qaz şirkəti ilə “Qarabağ” layihəsini müzakirə etdi - FOTO

21 Yan, 2022
15:44
2625

SOCAR Norveçin nəhəng neft-qaz şirkəti ilə “Qarabağ” layihəsini müzakirə etdi - FOTO

SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin “Equinor” şirkətinin yataqların işlənməsi və beynəlxalq hasilat üzrə vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Dövlət Neft Şirkətindən Oxu.Az-a verilən məlumata əsasən, görüşdə şirkətlər tərəfindən bərabər pay bölgüsü əsasında həyata keçirilən “Qarabağ” layihəsinin gedişi, eləcə də “Dan Ulduzu-Əşrəfi-Aypara” perspektivli strukturlarında kəşfiyyat qazması işlərinin planlaşdırılması məsələləri müzakirə olunub.

Bildirilib ki, “Aypara” strukturunda aparılmış seysmik kəşfiyyat işləri burada sənaye əhəmiyyətli neft-qaz ehtiyatlarının olmasına yüksək ehtimal verməyə əsas verir. Görüşdə həmçinin şirkətlərin əməkdaşlıq etdiyi digər sahələr, o cümlədən, “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar bloku ilə bağlı fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivlərindən danışılıb.

Xatırladaq ki, Norveçin “Equinor” şirkəti (keçmiş “Statoil”) və SOCAR Azərbaycanda “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun, “Qarabağ” yatağının işlənilməsi və “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv sahələrində kəşfiyyat və hasilatın təşkili layihələri üzrə əməkdaşlıq edirlər. 2018-ci ilin may ayında “SOCAR Karabakh” və “Equinor” şirkətləri Xəzər dənizinin Azərbaycan sektorunda “Qarabağ” neft yatağının işlənilməsinə dair Risk Xidməti Sazişi imzalayıblar.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri