24 
Yan
2022
12:46
212
57
948
Virtual karabakh

2021-ci ildə 17 KOB İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

24 Yan, 2022
12:46
948

2021-ci ildə 17 KOB İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sahibkarların biznes sahəsində bilik və bacarıqlara çıxışının təmin edilməsi məqsədilə 2021-ci ildə 17 KOB İnkişaf Mərkəzi (KOBİM) fəaliyyətə başlayıb”. 

Oxu.Az xəbər verir ki, bu sözləri KOBİA-nın 2021-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bununla da KOBİM-lərin sayı ölkə üzrə 21-ə çatdırılıb: 

“2021-ci ildə KOBİM-lər tərəfindən ümumilikdə 1 600-ə yaxın təlim keçirilib, 17 000 saatdan çox məsləhət xidməti göstərilib ki, bu xidmətlərdən 23 minə yaxın KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxslər faydalanıb. KOBİM-lər tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. KOBİM-lər tərəfindən 2021-ci ildə 76 yeni KOB subyektinin yaradılmasına dəstək göstərilib”. 

O.Məmmədov onunda qeyd edib ki, həmçinin, 180 təlim videosundan ibarət onlayn təlim platforması (ödənişsiz) istifadəyə verilib ki, bu günədək 500-ə yaxın şəxs bu platformadan yararlanıb:

“Azərbaycan tərəfindən KOBİA-nın və Almaniya tərəfindən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”nın icra müddəti daha üç il uzadılıb. 2021-ci ildə 29, ümumilikdə isə 2009-2021-ci illərdə 480 sahibkar və menecer proqramdan yararlanıb”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri