24 
Yan
2022
13:18
236
62
1129
Virtual karabakh

KOBİA-nın təşəbbüsü ilə dörd sahə üzrə daxili bazar araşdırmaları aparılıb

24 Yan, 2022
13:18
1129

KOBİA-nın təşəbbüsü ilə dörd sahə üzrə daxili bazar araşdırmaları aparılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2021-ci ildə sahibkarların müraciətləri əsasında 10 sahə üzrə (qazlı və qazsız suların, limonadların, sabunun, birdəfəlik karton  və plastik məmulatların, kartof free-nin istehsalı, badamın daxili satış kanallarına çıxışı, dekorativ əşyaların hazırlanması, avtomobil ehtiyat hissələrinin satışı, tibb sahəsi və sosial xidmətlər), KOBİA-nın təşəbbüsü ilə isə dörd sahə üzrə (pambıq bitkisinin gövdəsindən mebel sənayesində lazım olan yarımfabrikat lövhələrin hazırlanması, lifsiz pambıq toxumunun emalı müəssisəsinin yaradılması, pambıq çiyidinin toxumundan, günəbaxan və qarğıdalı bitkilərindən qida üçün yağ məhsullarının hazırlanması müəssisəsinin yaradılması və səyyar qəhvə və yan məhsulların istehlakı) daxili bazar araşdırması aparılıb”. 

Oxu.Az xəbər verir ki, bu sözləri KOBİA-nın 2021-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş Mətbuat Konfransında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, KOB subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədi daşıyan daxili bazar araşdırması mexanizmi çərçivəsində mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 %-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50 %-i dövlət tərəfindən qarşılanıb: 

“Orta sahibkarlıq subyektləri isə bu dəstək mexanizmi çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilər. Dəstək məbləğinin maksimal məbləği 20 000 (iyirmi min) manata qədərdir.  

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin daxili və xarici bazarlara çıxışına, satışa dəstək məqsədilə 2021-ci ildə 30-dan çox KOB subyektinin sərgi və yarmarkada (2-si xaricdə, 4-ü ölkədə olmaqla) iştirakına təmənnasız olaraq dəstək göstərilib. Bu sərgilər çərçivəsində KOB subyektləri satış imkanlarının genişləndirilməsi, yeni əməkdaşlıqlara dair 70-dən çox ikitərəfli görüşlər keçiriblər”. 

O.Məmmədovun sözlərinə görə, KOBİA-nın dəstəyi ilə sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin satış imkanlarını genişləndirmək məqsədilə 2021-ci ildə “kobmarket.az” portalı fəaliyyətə başlayıb: 

“Artıq portalda qeydiyyatdan keçmiş sahibkarlar tərəfindən 90-dan çox onlayn mağaza yaradılıb, 1 500-ə yaxın məhsul (qida məhsulları, avadanlıqlar, məişət texnikası, təmizlik, təmir və tikinti məhsulları, geyim, suvenirlər, əl işləri, aksesuarlar, kitablar və dəftərxana ləvazimatları, musiqi alətləri və s.) yerləşdirilib. 

Azərbaycan Respublikası Prezidentinin 01.12.2021-ci il tarixli Fərmanı ilə “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” təsdiq edilib. Yanvarın 21-dən etibarən mikro və kiçik sahibkarlıq subyektləri ticarət şəbəkələrinə çıxışa dəstək müraciətlərin qəbuluna başlanılıb. Dəstək KOBİA tərəfindən təmin ediləcək. Dəstəkdən mikro və kiçik sahibkarlar istifadə edə bilərlər. Bu dəstək çərçivəsində ticarət obyektində sahibkarın istifadəsinə veriləcək satış yerinin ölçüsü 50 sm, məhsulların satış sahəsində yerləşdirilməsi müddəti isə üç aydır. Mikro sahibkarlıq subyekti onun istifadəsinə verilən satış sahəsinə görə icarə haqqının 20 %-ni, kiçik sahibkarlıq subyekti isə 50 %-ni ödəyəcəkdir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri