Mar
2022
17:54
308
22
6993
Virtual karabakh

Avronun məzənnəsi tarixi maksimumunu yeniləyib: Rusiya iqtisadiyyatında nə baş verir?

4 Mar, 2022
17:54
6993

Avronun məzənnəsi tarixi maksimumunu yeniləyib: Rusiya iqtisadiyyatında nə baş verir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Komissiyasının sözçüsü Tim Makfi Brüsseldə keçirdiyi brifinqdə bildirib ki, Avropa İttifaqı SWIFT-dən ayrılan Rusiya banklarının siyahısının genişləndirilə biləcəyini istisna etmir.

O, həmçinin deyib ki, Belarus bankları da bu siyahıya daxil ola bilər.

Bundan əlavə, bu gün avronun məzənnəsi tarixi maksimumunu yeniləyib: 1 avro 125,97 rubl təşkil edib.

Ölkədə xaricdən gətirilən dərmanlardan hazırlanan ev üçün ilk yardım çantasının da qiyməti artıb.

Əsas dərman vasitələri 4,29 %, yerli dərmanların analoji dəsti isə müvafiq olaraq 3,7 % və 2,44 % bahalaşıb. Bundan əlavə, tələbatın artması ilə əlaqədar tibbi məhsullar onlayn apteklərdə tükənməyə başlayıb.

Ukraynada müharibə cəmi bir həftədir davam edir. Və bu müddət ərzində onlarla Qərb (və Şərq) şirkəti artıq Rusiyada işini dayandırdığını elan etməyə müvəffəq olub - bəziləri tam, bəziləri müvəqqəti. Bəziləri sanksiyalara görə, digərləri öz mənəvi prinsiplərinə görə.

Bundan əlavə, martın 28-dək Avropa lizinq şirkətləri öz laynerlərini Rusiya Federasiyasından çıxarmalıdırlar. Bu, Avropa İttifaqının sanksiyalarının bir hissəsidir. Rusiya aviaşirkətlərinə Avropa təyyarələrindən istifadə etmək, habelə onlar üçün ehtiyat hissələri almaq, təmir, texniki xidmət göstərmək və s. qadağan olunub.

ABŞ-ın “Boeing” konserni tərəfindən ayrıca bəyanat verilib. Orada əməkdaşlığın dayandırılmasından bəhs edilir. Rusiya təyyarələrinə texniki dəstək və texniki xidmət məhdudlaşdırılıb.

Bu gün həmçinin, Moskva Birjasının bütün bazarlarında martın 5-dən martın 8-dək olan müddətdə ticarət və hesablaşmaların aparılmayacağı barədə məlumatlar ortaya çıxıb, bu barədə ticarət platformasının açıqlamasında deyilir.

Beynəlxalq reytinq agentliyi “S&P Global Ratings” (S&P) Rusiyanın xarici valyutada uzunmüddətli suveren kredit reytinqini BBB-dən CCC-yə endirib. Milli valyutada uzunmüddətli reytinq də BBB-dən CCC-yə endirilib.

Qeyd olunur ki, reytinqlər mənfi proqnozla “CreditWatch”ın siyahısına yerləşdirilib.

Mənbə: Rusiya KİV

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri