29 
Mar
2022
12:18
158
82
1708
Virtual karabakh

Azərbaycanlı nazirlər Dubay Sammitində iştirak edirlər - FOTO

29 Mar, 2022
12:18
1708

Azərbaycanlı nazirlər Dubay Sammitində iştirak edirlər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində VIII Dünya Hökumətlər Sammiti keçirilir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sammitdə ölkəmizi əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və başqalarından ibarət Azərbaycan nümayəndə heyəti təmsil edir.

Tədbirdə dünya ölkələrinin yüksək vəzifəli məmurları, dövlət və hökumət başçıları, diplomatik korpuslar və beynəlxalq təşkilatların nümayəndələri, tanımış ictimai-siyasi xadimlər, alimlər və ekspertlər, iş adamları iştirak edirlər.

Sammit səkkiz mövzunu (tərəqqiyə və hökumətlərin inkişafına təkan verən siyasətlər; səhiyyə sistemlərinin gələcəyinin layihələndirilməsi; müsbət nəticələr üçün dayanıqlı fəaliyyətin təmin edilməsi; qlobal iqtisadiyyatın bərpa prosesinin sürətləndirilməsi; gələcəyin şəhərlərinin qurulması; cəmiyyətin sabitliyinin gücləndirilməsi; təhsil və əmək bazarının gələcəyi üçün imkanların yaradılması; yeni imkanların araşdırılması) əhatə edir.

Bu mövzularda sessiya və seminarların keçirilməsi, müzakirələrin və təcrübə mübadilələrinin aparılması nəzərdə tutulub.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri