18 
Apr
2022
12:36
225
20
2257
Virtual karabakh

Zəngəzur dəhlizini yaxın edən LAYİHƏ - VİDEO

18 Apr, 2022
12:36
2257

Zəngəzur dəhlizini yaxın edən LAYİHƏ - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qarabağda görülən işlər arasında xüsusi çəkiyə malik olan və strateji əhəmiyyət daşıyan Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilişi sürətlə davam edir.

Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi layihəsinin başlanğıcı sayılan bu nəqliyyat infrastrukturu Azərbaycanın qərb rayonları ilə Naxçıvanın birləşəcəyi günü daha da yaxın edir.

“Azərbaycan Dəmir Yolları”nın sözçüsü Natəvan Bayramovanın sözlərinə görə, hazırda işlər intensiv şəkildə 1-ci və 2-ci mərhələdə həyata keçirilir.

“Ərazidəki işlər minatəmizləmə işləri ilə paralel aparılır. Hazırda yolun 82 kilometrlik hissəsi minalardan təmizlənib”, - deyə qurumun sözçüsü əlavə edib.

Ətraflı Bakı TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri