25 
Apr
2022
12:44
72
95
815
Virtual karabakh

Orxan Məmmədov: “İqtisadi artımın stimullaşdırılması üçün kompleks tədbirlər bu gün də davam etdirilir”

25 Apr, 2022
12:44
815

Orxan Məmmədov: “İqtisadi artımın stimullaşdırılması üçün kompleks tədbirlər bu gün də davam etdirilir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Pandemiya və 44 günlük müharibə dövrü sahibkarlara da təsirsiz ötüşmədi”.

Oxu.Az xəbər verir ki, bunu ulu öndər Heydər Əliyevin sahibkarlarla görüşünün 20 illiyinə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən konfransda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, ölkə başçısı bu çətin dövrdə də tapşırıq verərək dövlətin sahibkarların yanında durması təmin etdi:

“Adekvat iqtisadi dəstək paketləri hazırlandı və sahibkarlara təqdim olundu. İqtisadi artımın stimullaşdırılması üçün kompleks tədbirlər həyata keçirildi. Bu tədbirlər bu günə qədər də davam edir. Bunun nəticəsidir ki, keçən il mikrosahibkarlıq subyektlərinin ümumi dövriyyəsi üzrə 31 faiz, kiçik sahibkarlıq üzrə 79 faiz, orta sahibkarlıq üzrə isə 139 faiz artım qeydə alınıb. 2022-2026-cı illəri əhatə edəcək yeni sosial iqtisadi inkişaf strategiyası postpandemiya dövründə bizneslərin daha da inkişafı baxımından yeni imkanlar yaradacaq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri